Daha bir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Mingəçevir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

BBN.az xəbər verir ki, Mingəçevir “ASAN xidmət” mərkəzi Mingəçevir şəhəri ilə yanaşı, Yevlax, Ağdaş rayonunda qeydiyyatda olan və ümumi sayı 340 000-ə yaxın olan vətəndaşa xidmət göstərir.

12 mart 2018-ci il tarixində Mingəçevir “ASAN xidmət” mərkəzinə ilk müraciət qeydə alınıb. Belə ki, İlqar Həsənli Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 8-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir şəhərlərində yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır