2 noyabr 2015-ci il tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanılıb. Ötən bir il ərzində İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarlara 1584 yeni lisenziya verilib, 1498 lisenziya isə müddətsiz lisenziya ilə əvəz edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli Fərmanının qüvvəyə mindiyi gündən qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir.
Ümumilikdə, bu dövrdə sahibkarlıq subyektlərinə 3082 lisenziya verilib. Bu lisenziyaların 2719-u Bakı şəhərinin, 363-ü isə regionların payına düşür.