“ASAN xidmət” mərkəzlərinə 19 milyonuncu müraciət qeydə alınıb

“ASAN xidmət” mərkəzinə 19 milyonuncu müraciə qeydə alınıb.Belə ki, Rzayevlər ailəsinin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 19 milyonuncu müraciət olub.

Ailə 2 yaşlı övladı Amir Rza üçün Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Qeyd edək ki, balaca Amirə ümumvətəndaş pasportu təqdim olunub və “ASAN xidmət” tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır