“ASAN xidmət” mərkəzlərində ABB-nin POS-terminalları quraşdılıb

Bakıda fəaliyyət göstərən 1, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərində “Azərbaycan Beynəlxalq Bankı”nın POS-terminalları quraşdırılıb.

Belə ki, vətəndaşlar bu imkandan faydalanaraq Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə ödənişləri, o cümlədən büdcə ödənişlərini ölkəmizdəki bütün bankların plastik kartları vasitəsilə nağdsız qaydada yerinə yetirə bilərlər.

Belə bir yenilik, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə görülən işlərin nəticəsidir.

Qeyd edək ki, bu məqsədlə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bir sıra dövlət qurumlarının iştirakı ilə müvafiq İşçi Qrupu yaradılıb. İşçi Qrupunda “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Bankı da təmsil olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır