Asəf Hacıyev: TANAP, TAP və “Türk Axını” hər kəsə qazandıracaq

Qaradəniz İqtisadi Əməkdaşlığı Parlament Assambleyasının (KEİPA) Baş katibi Asəf Hacıyev Trans Anadolu Qaz Boru Xətti (TANAP), Trans Adriatik Qaz Kəməri (TAP) və Türk Axımı Boru Xətti layihələri ilə bağlı müzakirələrin lazımsız olduğunu bildirib. O deyib ki, bu layihələr vasitəsilə həm onun keçdiyi ölkələrin təbii qaz ehtiyacı qarşılanacaq, həm də pul qazanacaqlar.

“Anadolu Ajansı” müxbirinin suallarını cavablandıran A.Hacıyevin sözlərinə görə, bəzi ölkələr bu layihələrə qarşı olsalar belə layihələr tam sürətlə davam edir.

“Daha əvvəl “Mavi Axım” və “Bakı-Tbilisi-Ceyhan” (BTC) boru xətlərinə də etiraz edənlər olmuşdu. Ancaq gördük ki, bu layihələr çox qazanc gətirdi. Həm xəttin keçdiyi ölkələrin qaz ehtiyacı qarşılanacaq. həm də pul qazanacaqlar. 2000-ci ildən əvvəl BTC layihəsi çox müzakirələrə səbəb olmuşdu. Çox ölkə bu layihəyə qarşı idi. Yalnız “Dünya Bankı” kredit verdi. 2003-cü ildə layihə tamamlandı. Bu günə qədər Xəzər dənizindən çıxarılan Azərbaycan nefti Ceyhandan dünya bazarlarına ötürülür. Hərkəs bu alış-verişdən məmnundur.”,-deyə Baş katib bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır