Asiya İnfrastruktur İnvestisiya Bankına Azərbaycan üzrə yeni direktor təyin edilib

Asiya İnfrastruktur İnvestisiya Bankına (AİİB) Azərbaycan üzrə yeni direktor təyin edilib.

Yeni direktor Ömər Ədhəm Bayar adlı Türkiyə vətəndaşıdır.

Ö.Bayar Azərbaycanla yanaşı, Bruney, Gürcüstan, Qırğız Respublikası, Pakistan və Türkiyə üzrə də direktordur.

Qeyd edək ki, bundan öncə həmin vəzifəni Türkiyə rəsmisi Hakan Tokaç tutub.

AIIB-in iki alternativ direktoru var və onlardan biri pakistanlı Ömər Həmid Xan (Amar Hamid Khan), digəri isə azərbaycanlı Könül Əliyevadır.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü 2016-cı il iyunun 24-də ratifikasiya edilib.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır