Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

Strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçı olduğu tədbirlərin yüksək səviyyədə yerinə yetirilməsi və tədbirlərin icrasında səmərəliliyin təmin edilməsi məqsədilə beynəlxalq təcrübənin tətbiq edilməsi zəruri olan prioritet istiqamətlər üzrə mümkün dəstəyin göstərilməsi ilə bağlı Asiya İnkişaf Bankının nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib.

Asiya İnkişaf Bankının nümayəndələri tərəfindən strateji yol xəritələrində nəzərdə tutulmuş və texniki dəstəyin göstərilməsi mümkün olan istiqamətlər barədə məlumat verilib və təklif edilən texniki dəstəyin göstərilməsi üçün növbəti addımların müəyyənləşdirilməsi istiqamətində birgə müzakirələr aparılıb.

Görüşdə Asiya İnkişaf Bankı tərəfindən texniki dəstəyin göstərilməsi məqsədilə seçilmiş istiqamətlər üzrə təkrar araşdırmaların aparılması və Bankın daxili prosedur qaydaları əsasında dəstək göstərilməsi təsdiqlənəcək tədbirlər barədə məlumatların İqtisadiyyat Nazirliyinə təqdim edilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır