Asiya səhmləri qazanclarını geri verib

Çində açıqlanan iqtisadi məlumatın ölkədə hissələri aşağı salması nəticəsində Asiyada səhmlər qazanclarını geri verib. MSCI Asia-Pacific indeksi çox deyişməyərək 155.01 səviyyəsində qalıb. Indeks bu gün səhər  0.3 %  yüksəlib. Anhui Conch Cement Co isə  0.3 % enərək “Hang Seng China Enterprises Endeksi”ndəki itkilərdə öndə dayanıb.

Çində sənaye istehsalı may ayında keçən ilin müvafiq ayı ilə müqayisədə  6.5 % artıb. Pərakəndə satışlar isə praqnozlarla üst-üstə düşüb. Sabit sərmayə yatırımları, gözləntilərdən aşağı olub. İnvestorlar, Fed-in bu gün açıqlayacağı faiz qərarına fokuslanıb.

PT Ciptadana Sekuritasda idarəçi John Teja, Çinin bu gün açıqladığı məlumatların ölkənin iqtisadi artımının gücü ilə əlaqədar heç bir məlumat vermədiyini bildirib. Bu səbədən  investorların diqqəti Fed-in bu gün edəcəyi şərhə yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır