Müraciətdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Rəqamsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq online vahid ixrac ərizəsi yaradılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) bu yeni elektron xidməti, sahibkarların ixrac etdikləri məhsulları online vahid ərizə əsasında ixrac üçün tələb olunan bütün icazə sənədlərinin əldə edilməsi, o cümlədən, elektron gömrük bəyannaməsinin doldurulması və ixrac təşviqi məbləğinin alınmasını özündə birləşdirir. Vahid ixrac ərizəsi ilə tanış olmaq üçün sahibkarlarlar https://dth.azexport.az/ ünvanına müraciət edə bilərlər.
Online vahid ixrac ərizəsi mexanizmini daha ətraflı mənimsəmək üçün İİTKM-in inzibati binasında 28.02.2018 tarixində saat 09:45-də seminar keçiriləcək.
Seminar haqqında daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.