Astanada “İnvestisiyalar və Enerji Tənzimlənməsi” üzrə 16-cı illik konfrans keçiriləcək

Astanada Qazaxıstanın Təbii İnhisarların Tənzimlənməsi və Rəqabətin Qorunması Komitəsinin dəstəyi ilə Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) “İnvestisiyalar və Enerji Tənzimlənməsi” üzrə 16-cı illik konfransı keçiriləcək. Konfrans 2017-ci ilin 25-26 sentyabr tarixlərində baş tutacaq.
Qeyd edək ki, tədbirdə Qazaxıstanın enerji sektorunun cari vəziyyəti, iqlim dəyişikliyi sahəsində hədəflərə nail olunmasında bərpa olunan enerji mənbələrinin rolu, dəyişən enerji bazarı və onun tənzimlənməsi mövzusunda təqdimatlar olacaq və müzakirələr aparılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır