Fevralın 6-da Yaponiyanın Azərbaycandakı və İran İslam Respublikasındakı səfirliklərinin attaşeləri Toşihiro Katagiri və Masamiçi Saıto Astara Gömrük İdarəsində olublar.
BBN.az xəbər verir ki, nümayəndələr Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Astara rayonu ərazisindən keçən hissəsində işlərin gedişi ilə tanış olmaq məqsədilə Astara rayonuna səfər ediblər.
Görüşdə Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasının gömrük xidməti arasında ticarətin asanlaşdırılması, tranzit daşımaların daha da artırılması istiqamətində görülən işlərdən bəhs olunub, iki ölkənin gömrük xidmətlərinin mal və nəqliyyat vasitələrinə dairilkin məlumat mübadiləsi sistemi barədə məlumat verilib, İran və Azərbaycan gömrük xidmətləri arasında gömrük sahəsində beynəlxalq əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.