“Atəşgah” Sığorta Şirkəti vətəndaşların məşğulluq imkanlarının artırılması məqsədi ilə 2017-ci ildən başlayaraq yeni layihəsinə start verir.
Layihə çərçivəsində hər bir şəxs sığorta məhsullarının satışı üzrə mütəxəssis kimi işləmək imkanı əldə edəcək.
Layihədə iştirak etmək istəyənlər öz CV – lərini cv@ateshgah.com ünvanına göndərə bilərlər.
Layihə ilə əlaqədar sualınız olarsa (012) 940 nömrəsinə zəng etmək lazımdır.