“AtaBank” Azərbaycanda yeni futbol liqasında iştirak edəcək

Azərbaycanda yeni yaranmış – Bakı Futbol Liqasının (BFL) başlamasına son bir həftə qalıb.

Bakı Futbol Liqası (BFL) adlı həvəskar futbol liqası 2016-ci ildən yaradılıb .

Bu liqanın digər liqalardan fərqi odur ki, BFL-in keçirdiyi yarışda meydanda hər komandadan 11 deyil, 8 futbolçu çıxış edəcək. Yarışlarda istənilən həvəskar komanda BFL-dən qeydiyyatdan keçməklə iştirak edə bilər.

2017/18 mövsümündən başlayaraq yarış həvəskarlar arasında Premyer Liqa adı altında keçiriləcək.

Qurumun saytında bildirilir ki, peşəkar komandalarda olduğu kimi, BFL liqa çempionatı, liqa kuboku və liqa superkuboku təşkil edəcək.

Qeyd edək ki, liqada peşəkar oyunçular iştirak edə bilməz. Bakı Futbol Liqasının yarışlarında iştirak üçün artıq ərizələrin qəbuluna başlanıb və bir necə tanınmış şirkət qeydiyyatdan keçib. Həmin  şirkətlər “AtaBank”, “Kristal R&R”, “Akkord Sement”, “RR Group” və başqalarıdır. Yarışın qalibi həvəskarlar arasında keçirilən klublararası dünya çempionatına vəsiqə qazanır.

Video keçid – https://www.youtube.com/watch?v=xVtIzW9Avj4

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır