“AtaBank” dünyanın aparıcı ödəniş sisteminə qoşulub

28 avqust 2017-ci il tarixində “UnionPay İnternational” MMC və “AtaBank” ASC arasında Ticarətin İnkişafı və Stimullaşdırılma Razılaşmasının İmzalama tədbiri keçirilib.

Tədbirdə “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev,  “AzeriCard” MMC-nin Baş direktoru Emil Əmirov, həmçinin “UnionPay İnternational Co.” MMC-nin İdarə Heyətinin sədri Ge Huayong və digər qonaqlar çıxış ediblər.

Tərəfdaşlıq çərçivəsində AtaBank-ın bankomat və POS-terminallarında, emissiya etdiyi kartların sayına görə dünya lideri olan “UnionPay İnternational” kartları ilə əməliyyatlar etmək mümkün olacaq.

Qeyd edək ki, 2002-ci ilin mart ayında Çin Dövlət Şurası və “Çin Xalq Bank”ı tərəfindən təsis edilmiş “UnionPay İnternational” şirkəti emissiya etdiyi kartların sayına görə və kartlar üzrə tranzaksiyaların həcminə görə liderdir.

UnionPay dünyanın 162 ölkəsində fəaliyyət göstərir. Kartlarının ümumi sayı 5 milyarddan artıqdır, bunların 70 milyonu Çin sərhədlərindən kənarda, dünyanın 40 ölkəsinə emissiya olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır