“AtaBank” ilə “MasterCard” birgə kampaniyaya başlayıblar

“AtaBank” ASC ilə “MasterCard” beynəlxalq ödəniş sisteminin yeni birgə reklam aksiyasına start verilib. AtaBank Mastercard və ya Maestro debit və kredit kart sahibləri “MyDutyFree” saytı və ya “App Store”/”Play Store”dan yüklənən tətbiq vasitəsilə əvvəlcədən sifariş etməklə Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən “Duty Free” mağazalarında mallara 15% endirim əldə edə bilərlər.

Endirimdən faydalanmaq üçün “MyDutyFree” saytı və ya tətbiq üzərindən seçdiyiniz məhsulu əvvəlcədən sifariş edirsiniz; Sifarişi edərkən müvafiq xanaya “MastercardBaku” promokodunu daxil edirsiniz; Uçuş tarixinizdə Heydər Əliyev Beynəlxalq Hava Limanı, 1-ci Terminalda yerləşən xüsusi “MyDutyFree” kassalarında istənilən növ “AtaBank”-ın “Mastercard”/”Maestro” plastik kartları ilə ödənişi həyata keçirisiniz.

 

 

Məhsulun tam dəyəri “AtaBank”-ın “Mastercard”/”Maestro” plastik kartları ilə ödənilməlidir.

Qeyd edək ki, kampaniya 7 avqust 2017-ci il tarixindən 31 dekabr 2017-ci il tarixinədək etibarlıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır