08.12.2017-ci il tarixində Rixos Quba Azerbaijan otelində baş tutan mərasimdə “Consulting and Business” jurnalı ənənəvi “Uğur-2017” Milli mükafatının təqdimetmə mərasimini keçirib.
2017-ci ilin yekunlarına görə “AtaBank” ASC Azərbaycanda ilk dəfə konsolidasiya prossesini uğurla başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində “İlin bankı” nominasiyasına layiq görülüb.
Mərasimdə çıxış edən bankın İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı bu nəaliyyətin arxasında bank kollektivinin zəhmətinin durduğunu qeyd edib: “Son illərdə Azərbaycanda müşahidə olunan yüksək iqtisadi inkişaf, aparılan məqsədyönlü siyasət və ona müvafiq həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının potensial imkanlarından daha səmərəli istifadə nəticəsində əldə olunmuşdur. Müasir bazar iqtisadiyyatı şəraitində bankların iqtisadiyyatın ayrı –ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisidir. Banklar tərəfindən nağdsız hesablaşmaların təmin olunması istər ölkə daxili, istərsə də ölkədən kənar idxal-ixrac əməliyyatları zamanı hesablaşmaların asanlıqla həyata keçirilməsinədə şərait yaradır. İqtisadiyyatımızın inkişafında “AtaBank”ın da rolunun olması bizi sevindirir.