“AtaBank” yenidən təşkil edilib

Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, “ATABANK” ASC 21.12.1992-ci il tarixdə 92 nömrəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dövlət qeydiyyatına alınan “Caspian Development Bank (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilib.

Qeyd olunanlarla əlaqədar bildirilib ki, 04 fevral 2015-ci il tarixdə 44 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Caspian Development Bank (CDB)” ASC  “ATABANK” ASC-yə qoşularaq yenidən təşkil edildiyi üçün Fonda üzv bankların reyestrindən çıxarılan və ona verilən şəhadətnamə ləğv edilib.

Bununla da Fonda üzv bankların sayı 31 olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır