“AtaBank” yenidən “Tour d’Azerbaidjan”a dəstək olacaq

Mayın 3-də start götürəcək “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna dəstək olaraq “AtaBank” ASC iştirakçılarını səyyar bankomatı olan “AtaMatik” ilə müşayiət edəcək.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan 5 günlük yarışda əvvəlki illərdə olduğu kimi velosipedçiləri ölkəmizin Bakı, Sumqayıt, Qəbələ, Oğuz, Şəki, Şamaxı, İsmayillı, Pirqulu və digər bölgələrində müşayiət edəcək “AtaMatik” iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradacaq. “AtaBank” ASC-nin səyyar bankomatı olan “AtaMatik” vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və digər bank əməliyyatları apara biləcək.

Qeyd edək ki, “AtaBank” ASC  ölkədə keçirilən nüfuzlu və mötəbər idman yarışlarında əhaliyə, idmançılara və  ölkənin qonaqlarına  dəfələrlə “AtaMatik” səyyar bankomat xidmət edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır