“AtaBank”da pul köçürmə sistemləri üzrə aksiya davam edir

“AtaBank”da həyata keçirilən “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası davam edir. Aksiyanın şərtlərinə əsasən, “AtaBank”ın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 20 min RUB məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 1 min AZN/ USD/EUR və ya 40 min RUB pul köçürənə və ya alana isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.

500 – 1000  AZN/EUR/USD­   köçürmə və ya ödəm­ə üçün  – 1 manat

1001 – 2000 AZN/EUR/USD­   köçürmə və ya ödəm­ə üçün   – 2 manat

2001 – 5000 AZN/EUR/USD­   köçürmə və ya ödəm­ə üçün   – 3 manat

5001 AZN/EUR/USD­   artıq məbləğdə köçürmə və ya ödəm­ə üçün  – 5 manat

Hazırda bankımız öz müştərilərinə 6 növ sürətli pul köçürmə sistemi üzrə xidmət göstərir. Bunlar Western Union, Zolotaya Korona, Blizko, Xəzri, Contact və Lider sürətli pul köçürmə  sistemləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır