“AtaBank”ın “Hədiyyəli Yeni İl” kampaniyasının sonuna az qalıb

 “AtaBank” ASC-nin “Hədiyyəli Yeni İl” kampaniyası çərçivəsində tam sığortalı əmanət yerləşdirən müştərilərin bu kampaniyadan yararlanmaq üçün sadəcə 4 günü qalmışdır. 

Əmanətçilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğin dəyərindən aslı olaraq hədiyyə seçimi edirlər.

Bu günə qədər kampaniya çərçivəsində – 60 ədəd İphone 7  və müxtəlif hədiyyələr bankın əmanətçilərinə hədiyyə olunmuşdur.

Xatırladmaq istərdik ki,  “AtaBank”-da əmanət yerləşdirən müştərilərə veriləcək hədiyyələr aşağıdakılardır: İphone 7 (128 GB), İphone 7 (32GB), Excelsior Hotel, Chinar Hotel & SPA, Excelsior Hotel  Shamkir, Qalaaltı Hotel & SPA otellərində istirahət, müalicə və idman paketləri.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və yola saldığımız ilin son iş günü, yəni 30 dekabr 2016-cı il tarixinədək qüvvədədir.

Əmanətlərin şərtləri ilə daha ətraflı şəkildə tanış olmaq üçün 136 məlumat mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Həmçinin 30.07.2007-ci ildən Əmanətlərin Sığortalanması Fondunun üzvü olan “AtaBank” müştərilərə bildirir ki,  “Əmanətlərin tam sığortalanması haqqında” Qanununun şərtlərinə uyğun olaraq “AtaBank”-da yerləşdirilən əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətinə tam sığortalanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır