“Atabank” ASC-nin Müşahidə Şurasının (MŞ) tərkbində dəyişikliklər olub.
Belə ki, MŞ-nın sədri Əşrəf Kamilovu Fərid Hüseynov əvəz edib.
Həmçinin, MŞ-nın üzvləri Əhməd Ərəntok və İltifat Ağayev vəzifələrindən kənarlaşdırılıb, onların yerinə Fərid İsayev seçilib. MŞ-nın üzvü olan Adıgözəl Ağayev isə vəzifəsində qalıb.
Qeyd edək ki, “Atabank”ın İdarə Heyətinə (İH) də yeni təyinat olub. Kamran Orucəliyev İH-nin sədr müavini vəzifəsinə gətirilib.
Mənbə: Report.az