Bakı şəhərində “AtaBank” ASC-nin yeni “Sahil” şöbəsinin açılışı olub. Yeni açılan şöbədə həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və digər xidmətlər təklif olunur.
Şöbənin açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev və Filiallarla iş departamentinin direktoru İlqar Sadıqov iştirak edib. Açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev bildirib ki, “AtaBank ASC-nin konsolidasiyadan sonra bazar mövqeləri əhəmiyyətli şəkildə güclənib.Hazırda “AtaBank” filial şəbəkəsinə görə 31 filial və şöbə ilə ölkə bankları arasında 5-ci yerdə qərarlaşıb”.
“AtaBank”-ın “Sahil” şöbəsi 28 May metrosunun yaxınlığında, Puşkin küçəsində yerləşir və bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-a qədər fəaliyyət göstərir.