“Unicapital İnvestisiya Şirkəti” ASC “Atasığorta” ASC-nin yeni anderrayteri təyin edilib.
AtaSığorta”nın səhmdarının bu il iyunun 20-də keçirilmiş növbədənkənar ümumi yığıncağında Cəmiyyətin 28.10.2014-cü il tarixdə AZ1003005183 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış səhmlərin emissiya prospektinin 22-ci və 25-ci bəndinə dəyişiklik edilməsi barədə qərar qəbul edilib.
Belə ki, səhmlərin emissiya prospektində “AtaSığorta” ASC-nin səhmlərinin
yerləşdirilməsində iştirak edən anderrayter olaraq “BROKDİL-AZ” MMC müəyyən edilib.
Lakin “BROKDİL-AZ” MMC-nin lisenziyası ləğv edildiyindən “Unicapital İnvestisiya Şirkəti”nin Açıq Səhmdar Cəmiyyətinin yeni anderrayteri təyin edilməsi qərara alınıb.
AR Maliyyə Bazarlarına Nəzarət Palatası səhmlərin yerləşdirməsini həyata keçirən
anderrayterin dəyişdirilməsi ilə əlaqədar “AtaSığorta” ASC-nin 28.10.2014-cü il tarixdə
AZ1003005183 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış səhmlərin emissiya prospektinin 22-ci və 25-ci bəndinə edilən dəyişiklikləri dövlət qeydiyyatına alıb.