Auditorlar Palatasında növbəti “dəyirmi masa” təşkil olunub

Azərbaycan Respublikasının Auditorlar Palatasında  2017-ci ilin 25 iyul tarixində növbəti “dəyirmi masa” iclası təşkil olunub.

“Dəyirmi masa”da  Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov tərəfindən «Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair tələblər haqqında Qayda» layihəsi, Keyfiyyətə Nəzarət Komitəsinin sədri  V.Kərimov tərəfindən «Auditorun məcburi əvəzlənməsi praktikası» barədə layihə və Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin sədri, sərbəst auditor Ü.Fətiyev tərəfindən «Auditor təşkilatlari və sərbəst auditorlar tərəfindən auditor xidmətləri dəyərinin tövsiyyə olunan minimum hədlərdən aşağı qiymətə bağlanmış audit müqavilələrinin tədqiqi üzrə Metodik göstəriş»in layihəsi məruzə olunub. Məruzələr ətrafında geniş müzakirələr aparılıb və layihələrə dair “dəyirmi masa” iştirakçıları tərəfindən konkret təkliflər verilib.

Sonda irad və təkliflər nəzərə alınmaqla hər 3 sənəd bəyənilib və Auditorlar Palatası Şurasının müzakirəsinə tövsiyyə edilib.

Həmçinin  məcburi auditdən yayınmanın qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may  tarixli 1361 nömrəli  Fərmanından irəli gələn  məsələlərin həlli istiqamətində həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır