Auditorlar Palatasının təşkilatçılığı ilə elmi-praktik konfrans keçiriləcək

Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Sözügedən tədbirin keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın artırılması və hesabatlığın yüksək səviyyədə qurulması, mütərəqqi nəzarət forma və metodlarının, maliyyə hesabatlığı sahəsində qabaqcıl təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində müzakirələr aparmaqdan ibarətdir.

Qeyd edək ki, konfrans 2017-ci ilin 22-23 sentyabr tarixlərində baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır