İngiltərədə aviasiya tarixinin ən böyük iflası baş verib

İngiltərədə aviasiya sektoru bu gün sürpriz bir qərarla sarsılıb.

Belə ki, İngiltərənin ən böyük 5-ci aviasiya şirkəti “Monarch Airlines” əməliyyatlarını dayandırdığını açıqlayıb. Aviasiya tarixinin ən böyük iflası olan bu qərarın ardından, qarşıdakı dövr ərzində 300 min rezervasiya ləğv olunarkən, qayıdış bileti əlində qalan 100 min sərnişinin xaricdən necə gətiriləcəyi araşdırılır.

İngiltərə rəsmiləri qərarla bağlı “Gözlənilməz vəziyyətə qarşı, gözlənilməz qarşılıq” ifadəsini istifadə ediblər.

Şirkətin iflas prosesini idarə edən “KPMG”dən verilən açıqlamada bildirilib ki, şirkət bütün uçuşları dayandırıb və xaricdə olan sərnişinlər 2 həftə ərzində geri qaytarılacaq.

Qeyd edək ki, “Monarch Airlines” ötən il 40 fərqli bölgəyə 6 milyondan çox sərnişin daşıyıb və 214 milyon funt-sterlinq zərər etdiyini açıqlayıb. Hazırda şirkətdə 2 500 nəfər işləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır