Avqust ayında debet kartların sayı artıb

2017-ci ilin avqust ayı ərzində dövriyyədə olan debet kartlarının ümumi sayı 5.02 milyon ədəd olub. Ötən ayla müqayisədə  bu göstərici 23 min ədəd çoxdur. Həmçinin, avqust ayında debet kartları ilə aparılan əməliyyatların həcmi 1.097 milyard manat olub. Əvvəlki ayla müqayisədə əməliyyatların həcmi 58 milyon manat məbləğində azalıb.

Qeyd edək ki,  orta hesabla avqust ayı ərzində 1 debet kartla  218 manat məbləğində əməliyyat aparılıb. Bu da ötən ayla müqayisədə təqribən 13 manat azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır