Avqustda OPEC-in neft istehsalı azalıb

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) günlük xam neft istehsalı avqust ayında 32 760 min barelə bərabər olub.

Bu göstərici əvvəlki aya nisbətən 79 min barel azdır.

OPEC-in göstəricilərinə əsasən, avqustda qlobal tədarük əvvəlki aya nisbətən 410 min barel azalaraq, 96 750 min barel olub.

OPEC üzvü olmayan ölkələrdə isə avqustda günlük neft istehsalı 320 min barel azalıb və 57 680 min barelə enib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır