1995-ci ildə İstanbulda qurulan Avrasiya Birjaları Federasiyası mərkəzi İstanbuldan İrəvana köçür.
İstanbul maliyyə mərkəzi layihəsi çərçivəsində, maliyyə qurumlarının Türkiyəyə gəlməsi üçün addımlar atılarkən, kapital bazarları baxımından əhəmiyyətli bir qurumdan əks istiqamətdə qərar çıxıb.
Belə ki, 22 ildir ki, Türkiyədə fəaliyyət göstərən Avrasiya Birjaları Federasiyası İstanbuldan İrəvana köçür.
Qeyd edək ki, Türkiyə FEAS-ın qurucu üzvlərindən idi və təşkilatın mərkəzi ofisi Birja İstanbul binasında idi. Birjaya yaxın mənbələr, Asiya, Balkan ölkələri, Şimali Afrika və Yaxın Şərq ölkələrinin üzvü olduğu FEAS-ın əhəmiyyətli bir şəbəkə olduğunu, Türkiyənin yaratdığı bu təşkilatın mərkəzinin Ermənistana köçürülməsinin sektor üçün bəxtsizlik olduğunu bildirilib.