“Avrasiya Həftəsi 2017” tədbirində Azərbaycanda aparılan iqtisadi islahatlardan danışılıb

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji təhlil və Planlaşdırma meneceri Vüsalə Cəfərova Qazaxıstanın Almatı şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşkilatçılığı ilə “Avrasiya Həftəsi 2017” adlı tədbirində çıxış edib. Vüsalə Cəfərova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda kompleks, elmi əsaslandırılmış və sistemli iqtisadi islahatlar həyata keçirilir. Azərbaycan dünyanın ən uğurlu islahat aparılan ölkəsinə çevrilib.

Ölkədə həyata keçirilən iqtisadi islahatlar prosesində beynəlxalq təşkilatların, sahibkarları təmsil edən qurumların, yerli və xarici subyektlərinin islahat prosesinə cəlb edilməsi sahəsinə mütərəqqi təcrübə qazanılıb. İİTKM rəsmisi 40 dan çox ölkədən olan hökumət və dövlət rəsmilərinin də iştirak etdiyi tədbirdə çıxışı zamanı həmçinin Azərbaycanda qəbul edilən Strateji Yol Xəritələri barədə ətraflı məlumatlar təqdim edib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat- logistika mərkəzinə çevrilir. Vüsalə Cəfərova əlavə edib ki, Azərbaycanda yaradılan Rəqəmsal Ticarət Qovşağı böyük əhəmiyyət daşıyır. Cünki bu Qovşağın yaradılması bir sıra qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınıb.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşkilatçılığı ilə “Avrasiya Həftəsi 2017” adlı tədbirində Avrasiya və OECD ölkələrinin nümayəndələri, ekspertləri və beynəlxalq və regional təşkilat nümayəndələri iştirak edib. Avrasiya regionunun Rəqabətlilik mövzusunda dəyirmi masa müzakirələrində habelə biznes forumda bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır