Avrasiya İqtisadi Birliyi yeni ixrac strategiyası hazırlayır

Avrasiya İqtisadi Birliyinin üzv ölkələri kənd təsərrüfatı və ərzaq sektorunda ixracı artırmaq üçün ümumi strategiyanın hazırlanması üzərində işləyir. Bu haqda Qırğızıstanın İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, yeni strategiya üzv ölkələrin ixrac məhsulları ilə 3-cü ölkələrin bazarına girişini asanlaşdıracaq və ixrac sistemində xarici ölkələrin ən uğurlu siyasətlərindən istifadəyə imkan yaradacaq.

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinə Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Rusiya aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır