Avropa Birliyi Fitch-i cərimələdi

Avropa Birliyinin qiymətli kağızlar və bazarların tənzimlənməsi üzrə təşkilatı ESMA kredit reytinq agentliyi olan Fitch-ə 5,13 milyon avro cəza tətbiq edib.

Qurum Fitch reyting agentliyinə AB-nin qaydalarını pozduğu üçün 5,13 milyon avro cəza verildiyini açıqlayıb.

Açıqlamada həmçinin bildirilib ki, cəza 2013-cü il iyun – 2018-ci il aprel ayı dövründə Fitch-in Böyük Britaniya, Fransa və İspaniyadakı filiallarının maraqların toqquşmasının qarşısının alınması qaydalarını pozduqları səbəbi ilə verilib.

Qeyd edək ki, ESMA 2016-ci ildə də qaydaları pozması səbəbi ilə Fitch reyting agentliyinə cərimə tətbiq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır