Avropa Birliyinin (AB) 2017-ci il büdcəsində gəlirlər 157,88 milyard avro və ya 170 milyard dollar, xərcləri isə 134,49 milyard avro və ya 144,3 milyard dollar həcmində müəyyənləşdirilib. 2016-cı ilin göstəriciləri ilə müqayisə etsək xərclərdə 6,5%-lik azalma, gəlirlərdə isə 1,9%-lik artım müşahidə edərik.
AB-nin İqtisadiyyat və Maliyyə Nazirləri Şurası ilə (ECOFIN) Brüsseldə keçirilən iclasında 2017-ci ilin büdcəsi təsdiq olunub.