Avropa Birliyində ən çox satılan avtomobil hansı olub?

Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) 2019-cu ilin yanvar ayında həyata keçirilən avtomobil satışlarının statistikasını açıqlayıb.

Hesabata görə, sözügedən ayda Avropa Birliyi ölkələrində ümumilikdə 1195665 avtomobil satılıb. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətdə 4.6% geriləyib.

Avropa Birliyinə daxil olan ölkələr arasında sözügedən dövrdə ən böyük həcmdə azalma Çexiya Respublikasında müşahidə olunub. Belə ki, 2018-ci ilin yanvarında 23219 avtomobil satışı müşahidə edilən ölkədə bu rəqəm 17% azalaraq 19278 olub.

2019-cu ilin yanvar ayında Avropa Birliyi ölkələrində ən çox satılan avtomobil “Volkswagen” (137412 ədəd) olub. Ən az satış göstəricisi isə “Lada”-ya (375 ədəd) məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır