Avropa İttifaqı Komissiyası “Facebook” şirkətinə ”WhatsApp”ın satın alınması müddətində yalan və aldadıcı məlumat verməsi səbəbilə rəsmi şikayət göndərdiyini açıqlayıb.
Facebook 2014-cü ildə ”WhatsApp”ı 22 milyard dollara satın almışdı. Bu zaman şirkət Aİ Komissiyasına şəxsi məlumatları paylaşmayacağı, iki şirkət arasında bölüşməyəcəyi və istifadəçi hesablarını birləşdirməyəcəyi yönündə vədlər vermişdi. Lakin “WhatsApp” avqust ayında həyata keçirdiyi siyasət dəyişikliyindən sonra telefon nömrələri, profil adları kimi müxtəlif istifadəçi məlumatlarını “Facebook”la paylaşmağa başlayıb.
Bu səbəbdən Komissiyanın şirkətə göndərdiyi şikayətə “Facebook”un 31 dekabra qədər cavab verməsi tələb olunur. Əgər cavab yetərli olmazsa şirkətə 170 milyon dollar həcmində pul cəzası tətbiq olunacaq.