Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən hərəkətlərə görə, ukraynalı separatçıları və rusiyalı rəsmiləri hədəfə alan sanksiyaların müddətini 6 ay uzatmaq qərarı verib.

Belə ki, sanksiyalar 15 sentyabr 2018-ci ilə qədər uzadılıb.

Qeyd edək ki, iqtisadi sanksiyalar nəticəsində Aİ üvü olan 28 ölkə Rusiyaya silah satışı edə bilməyəcək. Həmçinin, sanksiyalar səbəbilə Rusiya təbii qaz və neft sahəsində istifadə edəcəyi bəzi texnologiyaları da bu üzv ölkələrdən ala bilmir və Rusiya bankları Avropada maliyyə sektorundan xaric olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır