Avropa Komissiyasından verilən məlumata əsasən, Avropa İttifaqı yaya qədər Ukrayna ilə viza rejimini ləğv edəcək.
Bu barədə Avropa Komissiyasının rəhbəri Jean-Claude Juncker deyib.
Qeyd edə ki, Avropa ilə Ukrayna arasında vizanın liberallaşdırılması məsələsi 2008-ci ildən gündəmdədir. 2015-ci ilin dekabrında Avropa Komissiyası Ukraynanın bütün lazımlı tələblərə cavab verdiyini bildirmişdi.