Avropa İttifaqının (Aİ) və Yaponiyanın təmsilçiləri azad iqtisadi zona (AİZ) yaratmaq barədə danışıqların tezliklə başa çatacağını bildiriblər.
Aİ-nin ticarət üzrə komissarı Sesiliya Malmström və Yaponiyanın xarici işlər naziri Fumio Kisida danışıqlar prosesinin gedişini müzakirə etmək üçün bir araya gəliblər.
Sesiliya Malmström danışıqların məhsuldar olduğunu bildirib.
“Son aylar ərzində başlıca məqsədimizə doğru mühüm addımlar atmışıq. Qalan məsələləri isə ən yaxın vaxtlarda həll etməyi planlaşdırırıq”-deyə, o bildirib.
Qeyd edək ki, 4 il əvvəl 2013-cü ildə başlamış danışıqların 17-ci raundu keçən ilin oktyabrnda olub.