Avropa İttifaqından 3 banka 485 milyonluq cəza

Avropa İttifaqı Komissiyası faizlərin manipulyasiya edilməsi səbəbindən HSBC, JPMorgan Chase və Credit Agricole banklarına ümumilikdə 485 milyon avro cəza tətbiq edib.

Avropa İttifaqı Komissiyasının verdiyi açıqlamada 2005-2008-ci illər ərzində “Euribor” adlanan banklararası avro ilə verilən borcların orta faiz dərəcələrinin manipulyasiya edilməsi səbəbilə “JPMorgan Chase”ə 337 milyon 196 min avro, ”Credit Agricole’’ya 114 milyon 654 min avro və ”HSBC’’yə 33 milyon 606 min avroluq pul cəzası verildiyi qeyd olunub.

Komissiya bankların qanuna zidd formada mənfəət əldə etmək üçün məxfi məlumatları bir-birilə paylaşdıqlarını bildirib.

Qeyd edək ki, Komissiya 3 il öncə də eyni qanunsuzluqla bağlı Barclays, Deutsche Bank, RBS və Societe Generale banklarına ümumilikdə 1 milyard avrodan çox cəza tətbiq etmişdi.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır