Avropa İttifaqının vergi islahatları ilə bağlı tezisləri açıqlanıb

Fransa Prezidenti Emmanuel Makron son çıxışlarının birində Avropa İttifaqında vergi islahatlarının keçirilməsi ilə bağlı öz təkliflərini irəli sürüb. BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, Makronun mövqeyinə görə Aİ iqlim dəyişmələri və atmosferin çirklənməsi ilə bağlı öz səylərini ikiqat artırmalı, vergitutma sahəsində təsirli addımlar atılmalı və qiymət qoymanın başqa mexanizmləri tətbiq edilməlidir. ”

Avropa bu keçid dövründə maliyyə, mənzil, sənaye kənd təsərrüfatı sahələrinə investisiyaların cəlb olunmasına, eləcə də karbon qazına ədalətli qiymət müəyyənləşdirməklə öz sərhədlərinin hüdudları daxilində karbon qazı emissiyaları üçün əhəmiyyətli dərəcədə minimal qiymət qoymaqla istehsalçılar və rəqiblər arasında bərabər oyun meydanı təmin olunmasına şərait yaratmalıdır”,- Prezidentin nitqinin xülasəsində qeyd edilib.

Makron, həmçinin internet şirkətlərinin vergi məqsədilə yerləşdirdikləri ərazidəki gəlirlərə görə deyil, müəyyən bir ölkədə yaratdıqları dəyərlər görə vergiyə cəlb olunmasının zəruriliyini vurğulayıb.”Avropa rəqəmsal transformasiyada ədaləti və inamı təmin etməli, vergi sistemlərinə yenidən nəzər salmalı və əsas platformaları nizamlamalıdır”.

“Biz bütün Aİ üzrə sosial və vergi modellərimizi tədricən yaxşılaşdıracaq meyarlar müəyyənləşdirməklə mövqelərin birləşdirilməsini stimullaşdırmalıyıq.Vergitutmaya gəldikdə, korporativ vergi dərəcəsi üçün “dəhliz” müəyyənləşdirməliyik”. – xülasədə qeyd edilib.

Fransa Prezidenti təklif edib ki, korporativ verginin uyğunlaşdırılmasına razılıq verməkdən imtina etmiş üzv ölkələrə Aİ həmrəyliyi vasitəsilə çıxış imkanı verilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır