Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcələrində hər hansı bir dəyişiklik həyata keçirməyib.
ECB-nin dünənki iclasının ardınca faiz dərəcələrinin 0.00% olaraq qalması qərara alınıb.ECB bankların mərkəzi bankda saxladıqları əmanət üçün ödənən faiz dərəcəsini göstərən əmanət məbləği -0.40faiz, marjinal faiz nisbəti 0.25 % olaraq qalıb. Bazar gözləntiləri də əmanət və marjinal faiz dərəcəsinin dəyişməyəcəyi istiqamətində idi.
80 milyard avro səviyyəsində açıqlanan istiqrazların alınması proqramındada dəyişikliyə gedilməyib. Istiqrazların alışlarının 1 aprel tarixindən etibarən 60 milyard avroya endiriləcəyi daha əvvəldən açıqlanıb.
ECB İdarəetmə Şurası faiz dərəcələrinin uzun müddət ərzində cari vəziyyətə uyğun və ya daha aşağı səviyyədə qalması davam edəcək.