Avropa Mərkəzi Bankı (AMB) iyun iclasında faiz dərəcələrini dəyişməyib. Belə ki, AMB uçot dərəcəsini 0 % , depozit faizlərini – 0,4 % və marjinal borcvermə faizini isə 0,25 % səviyyəsində saxlayıb.
Faiz dərəcələrinin bir müddət bu səviyyədə qalacağı bildirilib. Ancaq açıqlamada faiz dərəcələrinin aşağı səviyyəyə salınması barədə ifadə işlədilməyib.
Xatırladaq ki bundan əvvəlki açıqlamada “faiz dərəcələri bir müddət bu səviyyədə və ya daha aşağı səviyyədə qala bilər” ifadəsi istifadə olunmuşdu.