Avropanın nəhəng bankına pis xəbər

İtaliyanın üçüncü nəhəng bankı olan Monte dei Paschi di Siena nizamnamə kapitalını 5 milyard avro artırmaq üçün Avropa Mərkəzi Bankından vaxt istəmişdi. Yaxın günlərdə isə 2016-cı ilin sonuna qədər verilən vaxtın 20 yanvar tarixinə qədər uzadılması təklifi verilmişdi.

Haber7-nin məlumatına əsasən, italyan bankı tərəfindən Avropa Mərkəzi Bankının təklifi rədd etməsi təsdiqlənib.

Avropa Mərkəzi Bankının açıqlamasına əsasən, mövcud likvidlik vəziyyətində banka əlavə vəsaitin verilməsi onun vəziyyətini daha da pisləşdirə bilər.

“Monte dei Paschi”nin İdarə Heyəti bu gün keçirəcəyi iclasda Avropa Mərkəzi Bankının qərarından sonra özəl sektorun vasitəsilə kapitalının artırılması üçün şərtlərin uyğun olub olmadığını müzakirə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır