2017-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38911,8 min ton, yük dövriyyəsi isə 8343,7 milyon ton-km olub.
Yüklərin 24013,0 min tonu və ya 61,7 %-i avtomobil nəqliyyatı, 9589,8 min tonu və ya 24,7 %-i dəmir yolu nəqliyyatı, 5309,0 min tonu və ya 13,6 %-i dəniz nəqliyyatı ilə daşınıb.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,7 % artım müşahidə edilib.
Dəhliz vasitəsilə daşınmış yüklərin 19 %-ni və ya 7386,3 min tonunu tranzit yüklər təşkil edib.