Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb

2018-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12765,2 min ton, yük dövriyyəsi isə 2745,8 milyon ton-km olub.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən  xəbər verir ki, yüklərin 7951,2 min tonu və ya 62,3 faizi avtomobil nəqliyyatı, 2939,2 min tonu və ya 23,0 faizi dəmir yolu nəqliyyatı, 1874,8 min tonu və ya 14,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Qeyd edək ki, dəhliz vasitəsilə daşınmış yüklərin 20,3 faizini və ya 2586,0 min tonunu tranzit yüklər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır