Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi artıb

2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6   milyon ton-km olub.  Yüklərin 15512,7 min tonu və ya 60,5 %-i avtomobil nəqliyyatı, 6614 min tonu və ya 25,8 %-i dəmir yolu nəqliyyatı, 3524,1 min tonu və ya 13,7 %-i dəniz nəqliyyatı ilə daşınıb.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 7,4 % artım müşahidə edilib.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,6 %-ni və ya 5037,3 min tonunu tranzit yüklər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır