Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat naziri, AYİB-də Azərbaycandan müdir Şahin Mustafayev ilə görüşüb. Görüşdə Azərbaycanla AYİB arasında əməkdaşlıq, AYİB-in maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən mövcud və prioritet layihələr, eləcə də əlaqələrin daha da dərinləşdirilməsinə dair müzakirələr aparılıb.
Görüşdə AYİB-in Azərbaycanda özəl sektorda 151 layihənin maliyyələşdirilməsinə 1,7 mlrd. ABŞ dolları məbləğində kredit ayırdığı və bunun əhəmiyyəti vurğulanıb.