Avropada Dron sektoru genişlənir

Avropa İttifaqında Dron üzrə mütəxəssis Piter Van Blyenburgh,  öz açıqlamasında bildirib ki, bu sektordakı ticarət potensialı yüksək səviyyədədir. Avropa Komissiyası qarşıdakı 20 il içərisində bu sahədə 200 minə yaxın yeni iş imkanlarının yaranacağını qeyd edib.

Fransanın aviasiya sənaye mərkəzi Toulouse dron texnologiyasında lider firmalardandır. Bu firma hal-hazırda  inşaat, enerji, nəqliyyat və kənd təsərrüfatı sənayesi üçün yeni nəsil bir drone inkişaf etdirir.

Delair Tech. Firmasının  Sahibi Benjamin Benharrosh,öz sözlərində bildirib ki, onların inkişaf etdirdiyi dronların ən başlıca xüsusiyyətlərindən biri 100, 150 kilometrə qədər üçub təxminən 2-3 saata qədər havada qala bilirlər. Bundan başqa qeyd edib ki, onların istehsal etdiyi dronlar 30 ayrı ölkədə satılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır