Avropada ilk bitcoin debet kartı təqdim ediləcək

Coinbase rəqəmsal valyuta platforması Birləşmiş Krallıqda bitcoin debet kartlarını təqdim edəcək.

Qeyd edək ki, istifadəçilər kart vasitəsi ilə bitcoin kriptopullarını funta çevirə bilməklə yanaşı həmçinin ATM-lərdən pul çəkə biləcəklər.

Coinbase kimi şirkətlər kriptovalyuta ticarətini və onu xərcləməyi asanlaşdırır. Ekspertlər kriptovalyutaların dəyər qazanması nəticəsində investorların marağını cəlb edəcəyini ehtimal edərək bu kimi şirkətlərin daha da güclənəcəyini proqnozlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır