Avropadan Sakit okeana qədər dəmiryolu çəkilir

Slovakiyanın Koşitse şəhərindən Vyana şəhərinə qədər olan geniş ölçülü dəmiryol xəttinin davamının inşası 2023-cü ildə başlayacaq. Bu dəmiryol xətti Transsibir magistralının Avropanın mərkəzi ilə birləşməsinə imkan verəcək.

Dəmiryolunun tikintisi 6.5 mlrd. avroya başa gələcək. Layihə nəticəsində ildə təxminən 67 vaqondan ibarət 20 min qatar hərəkət edəcək.

Qeyd edək ki, tikinti işləri 127 min yeni iş yerinin yaranmasına imkan verəcək.

Yeni layihə qatarların Vyanadan Vladivostoka (Rusiya), yəni Avropadan Sakit okeana qədər hərəkət etməsinə şərait yaracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır